Türkiyə nüvə silahlanma yarışına qoşula bilər
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, Yaxın Şərq regionunda nüvə silahının yaranması Türkiyəni nüvə yarışına qoşulmağa təhrik edə bilər. Bu barədə Oxuməni.az "CNN Türk" telekanalına istinadla xəbər verir.
"Bu məsələ ümumi strateji vəziyyət kontekstində nəzərdən keçirilməlidir. Biz regionda mövcud qüvvələr balansını poza biləcək dramatik dəyişikliklər görmək istəmirik. Lakin, məsələn, İranla problemli məsələləri olan ölkələr nüvə silahına sahib olmağa can atacaqlar."- Hakan Fidan bildirib.
Diplomat qeyd edib ki, Türkiyə istər-istəməz bu yarışa qoşulmaq məcburiyyətində qalacaq ki, bu da region üçün faydalı olmayacaq.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Türkiyə regionda qüvvələr balansının kəskin dəyişməsində maraqlı deyil və nüvə silahının yayılması buna səbəb ola biləcək zəncirvari reaksiyanı təhrik edə bilər.
Türkiyənin nüvə silahına sahib olmaq istəyib-istəmədiyi barədə birbaşa suala Hakan Fidan cavab verməyib, bunun əvəzinə susub gülümsəyib.
Xatırladaq ki, hazırda nüvə silahına Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya malikdir. İranın nüvə proqramı var, ölkə atom enerjisinin inkişafı üzrə elmi-istehsal tədbirlər kompleksinə malikdir, lakin siyasi kursuna zidd olan nüvə silahının yaradılması məqsədini hər cür inkar edir.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)























































