Dünyada cəmi 6 növ var: Yeni Zelandiyada rast gəlinən nadir balina növü

Dünyada cəmi 6 növ var: Yeni Zelandiyada rast gəlinən nadir balina növü

16 İyul 2024 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiyanın Otaqo bölgəsində sahilə çıxan canlının "kürək dişli dimdikli balina"nın nadir növ olduğu təxmin edilir. Dünya səviyyəsində yalnız 6 nümunəsi tapılan balina üzərində aparılacaq araşdırmanın elm aləmə töhfə verəcəyi bildirilir.

Yeni Zelandiya Mühafizə Departamentinin rəsmiləri iyulun 5-də Otaqoda sahilə çıxan canlı haqqında açıqlama veriblər.

Açıqlamada, təxminən 5 metr uzunluğundakı bu canlının "kürək dişli dimdikli balina"nın nadir bir növ olduğu ifadə edilib.

Açıqlamada sözügedən canlının kəllə sümüyünün forması və dişləri sayəsində tanınmağı və bu növü təyin etmək üçün testlərin aylar çəkə biləcəyi də qeyd edilib…

Oxuməni.az