13 sevgilisindən 15 uşağı var!

13 sevgilisindən 15 uşağı var!

8 Avqust 2011 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin ən məsuliyyətsiz atası elan edilən Cemi Kamminq 13-cü sevgilisindən 15-ci uşağının yolunu gözləyir. İlk dəfə 17 yaşında ata olan Cemi ölkəsinin başını dünyada aşağı etdiyi üçün hər kəs tərəfindən demək olar ki, lənətlənir. Öz anası belə mütəmadi olaraq qadın dalınca qaçan oğlundan bezib və tez bir zamanda məsuliyyətli olmasını istəyir. 55 yaşlı ana 19 yaşlı "gəlininin" doğmasından öncə oğlunun iş tapacağına ümid edir.

Ceminin məsuliyyətsizliyi bununla da sərhədlənmir. Bəzən yeməyə, paltarına pul tapmayan bu adam sevgililərin məmnun etmək üçün onlara borc-xərclə bahalı hədiyyələr belə ala bilir. Anası Loren 14 nəvəsi ilə də görüşür. Ancaq hər zaman deyinən "gəlinlərinə" nə deyəcəyini bilmir. Qəhrəmanımızın əqrəbaları isə onun "qadın" xəstəliyinə tutulduğunu söyləyirlər.

Ata olmaq asandır, atalıq etmək çətindir.

Günel Həbib

O.M.