Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
Oxuməni.az-ın verdiyi xəbərə görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması Prezident cənab İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən biridir.
Nazir eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə cənab Prezident tərəfindən daim böyük qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 22 iyun 2019-cu il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi də bunun növbəti təzahürü, dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.
S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.