Bakıda və Qusarda yanğın olub

Bakıda və Qusarda yanğın olub

28 İyul 2019 07:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Qaradağ rayonunda üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 50 m² olan mənzilin dəhlizinin arakəsmə divarı (qamışdan ibarətdir) və 1 ədəd qapısı yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qusar rayonunun Qaratopa kəndində umumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.