Sabah Azərbaycan ərazisində 41- dərəcə isti gözlənilir

Sabah Azərbaycan ərazisində 41- dərəcə isti gözlənilir

30 İyul 2019 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Azərbaycan ərazisində 41- dərəcə isti gözlənilir.

Oxuməni.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentiniə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyulun 31-də hava günəşli olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyulun 31-də hava yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.