Bayden seçkiqabağı təşviqat kampaniyası üçün 383 milyon dollar ianə toplayıb
Demokratlardan ABŞ prezidentliyinə namizəd Cozef Bayden sentyabr ayında seçkiqabağı təşviqat kampaniyası üçün 383 milyon dollar ianə toplayıb.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə C.Bayden öz "Twitter" səhifəsində yazıb.
ABŞ prezidentliyinə namizəd bildirib: "Sizin dəstəyiniz sayəsində biz inanılmaz məbləğ - 383 milyon dollar topladıq". C.Bayden hələ görüləsi çox iş olduğunu əlavə edib.
Qeyd edək ki, avqust ayında C.Bayden seçkiqabağı təşviqat kampaniyası üçün 365 milyon dollar ianə toplamışdı.
Oxuməni.az
Digər xəbərlər