Məcburi köçkünlər azad edilən kənddə - 23 il sonra+Foto
Əhalinin öz kəndlərinə baş çəkməsinə icazə verilib
Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyub.
Reportun məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.
Belə ki, 1994-cü ildən azad olunan Cocuq Mərcanlı kəndi atəş xəttində olduğu üçün ora mülki əhalinin daxil olması qadağan edilmişdi. Son əməliyytlardan sonra atəş xətti uzaqlaşdığı üçün əhalinin öz kəndlərinə baş çəkməsinə icazə verilib.
Mediainfo.az
Digər xəbərlər