Ermənilər Ağdamı atəşə tutdular: ölən və yaralananlar var

Ermənilər Ağdamı atəşə tutdular: ölən və yaralananlar var

28 Aprel 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 27-si gecə saatlarından ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Ölən şəxs rayonun Çəmənli kənd sakini 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.

Yaralılar isə bunlardır:

1. Abdullayev Anar Nizami oğlu 1975-cı il təvəllüdlü Çəmənli kəndi

2. Rəhimov Zahid Vəliş oğlu 1985-cı il təvəllüdlü Çəmənli kəndi

3. Hüseynov Əli Müseyib oğlu 1943-cı il təvəllüdlü Çəmənli kəndi

4. Kərimov Sirdaş Şükür oğlu 1962-cı il təvəllüdlü Çəmənli kəndi

5. Məmmədov Adil Musdu oğlu 1955-cı il təvəllüdlü Çəmənli kəndi

6. Məmmədov Elnur Polu oğlu 1978-cı il təvəllüdlü Əfətli kəndi

7. Qarayev Elgiz Elbrus oğlu 1985-cı il təvəllüdlü Qaradağlı kəndi

8. İmanov Məhəmmədəli Soltan oğlu 1963-cı il təvəllüdlü Zəngişalı kəndi (kantuziya).

Bundan başqa, "Qaramal" fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza dağlıb və 2 ev dağılıb.

Mediainfo.az