Şəhidlərin medalları ailələrinə təhvil verildi - LƏNKƏRANDA - FOTO

Şəhidlərin medalları ailələrinə təhvil verildi - LƏNKƏRANDA - FOTO

11 İyul 2016 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhənin müxtəlif istiqamətlərindəki döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgərləri, Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini, 19 yaşlı Röyal İmran oğlu Nəsirovun, Masallının Güllütəpə kənd sakini, 20 yaşlı Firdovsi Əliş oğlu Bağırzadənin və Lənkəran rayonunun Vilvan kənd sakini, 20 yaşlı Nahid Fikirət oğlu Səfərovun təltif edildikləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onların ailə üzvlərinə təqdim edilib.

Bununla bağlı Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən mərasimə Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbi, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyev, hər üç rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsinin veteranları və şəhidlərin ailə üzvləri qatılıblar. Çıxış edənlər şəhidlərin qısa, amma şərəfli ömür yolu keçdikləri, yüksək mükafata Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olduqlarına görə layiq görüldükləri bildiriblər.

Daha sonra Röyal Nəsirovun, Firdovsi Bağırzadənin və Nahid Səfərovun ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görüldüyü medallar onların analarına təqdim olunub.

Sonda Milli Ordumuzun şücaətindən bəhs edən video-carx göstərilib. (apa)

Mediainfo.az