
Ukrayna Qara dənizi NATO gəmiləri üçün açacaq
Ukrayna prezidenti Vladimir Zelenski NATO ilə qarşılıqlı əlaqəni və alyans gəmilərinin Qara dənizdə daimi mövcudluğunu nəzərdə tutan ölkənin dəniz təhlükəsizliyi strategiyasını təsdiqləyib. Fərman dövlət başçısının saytında dərc olunub.
Strategiya dəniz təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasına və bu cür çağırışlara effektiv cavabın təmin edilməsinə yönəlib. Onun təsiri Ukraynanın sahilyanı ərazilərinə və dəniz sərhədlərinə, eləcə də ölkənin “iqtisadi və ya digər maraqlarının” olduğu “Dünya Okeanının digər ərazilərinə” şamil edilir.
Sənəd dəniz qüvvələrinin qurulmasını, NATO ilə təlimlərin keçirilməsini və alyansla birgə “Azov-Qara dəniz hövzəsində təhlükəsizlik missiyalarının - dəniz patrullarının” təşkilini nəzərdə tutur. İyulun 17-də strategiya Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTX) tərəfindən təsdiqlənib.
Oxuməni.az