Erməni nazirdən Azərbaycanla bağlı şok etiraf: "Rusiya bizə yardım etməlidir"
Xocalı soyqırmınını əsas cəlladlarından olan və hazırda Ermənistanın müdafiə naziri vəzifəsini tutan Seyran Ohanyan Azərbaycanın artan hərbi potensialı barədə etiraflar edib.
Oxumeni.az bildirir ki, İrəvandakı Slavyan universitetində çıxış edən Ohanyan Azərbaycanı nəzərdə tutaraq deyib: "Ermənistanın qonşularının bir vaxt müdafiə xarakterli olan hərbi imkanları getdikcə hücum imkanlarına çevrilir. Bu baxımdan Rusiyanın yardımı olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək həddindən çətin olacaq".
Onun sözlərinə görə, 2010-cu ildə bağlanmış sazişə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməlidir. /ans/
O.M.
Digər xəbərlər