Ermənistan və Ukrayna Bakıda keçirilən iclasa qatılmadılar

Ermənistan və Ukrayna Bakıda keçirilən iclasa qatılmadılar

10 Oktyabr 2014 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

MDB Parlamentlərarası Assambleyanın (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının Bakıda keçirilən iclasına MDB-yə üzv ölkələrdən Ukrayna və Ermənistanın nümayəndə heyətləri iştirak etmir.

Komissiyanın katibi Konstantin Pşenko APA-ya açıqlamasında bildirib ki, Ukrayna iclasa qatılmaqdan imtina səbəbi kimi bu ay keçirilən parlament seçkilərinə hazırlığı göstərib.

Ermənistana da tədbirlə bağlı rəsmi dəvət göndərildiyini bildirən K.Pşenko onların gəlməkdən imtina etdiklərini deyib: "Nəzərə alaq ki, Ermənistan parlamentinin Hüquq komitəsinin sədri Tiqran Urixanyan bu Komissiyanın sədr müavinidir, digər müavinimiz isə azərbaycanlı deputat Elmira Axundovadır. Amma bu məsuliyyətə baxmayaraq, Ermənistan nümayəndə heyəti iclasa gəlməkdən imtina etdi və səbəbi izah etmədilər. Hərçənd Azərbaycan tərəfi həmişə olduğu kimi, bütün təhlükəsizliyə təminat verirdi".

Mediainfo.az