Azərbaycanlı konsul beynəlxalq təşkilatları hədələdi

Azərbaycanlı konsul beynəlxalq təşkilatları hədələdi

10 Oktyabr 2014 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Xarici İşlər Nazirliyində çalışan Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu Paşa Məmmədovun rəhbərlik etdiyi Qafqaz xalqları təşkilatları Fransanın, ATƏT –in, Avropa İttifaqının və Ermənistanın Kiyevdəki diplomatik nümayəndəliklərinə etiraz bəyanatı göndəriblər. Ukrayna Qafqaz Xalqları Konqresindən verilən məlumata görə, P. Məmmədovun rəhbərliyi ilə Qafqaz xalqları tələb ediblər ki, Fransanın Burq-Le-Valans şəhərinin meri Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Burq-Le-Valans şəhəri arasında dostluğu haqqında imzaladığı bəyannamə rədd edilməli və pislənilməlidir.

Etiraz bəyanatında tələb olunur ki, əks təqdirdə Ukraynadakı Qafqaz xalqları qeyd olunan nümayəndəliklər qarşısında kütləvi aksiyalar təşkil edəcəklər: "Xatırladaq ki Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan tərəfindən 1992-1993 illər ərzində işğal olunmuşdur və 20 ildən artıqdır ki, işğal altındadır. BMT-nin bu ərazilərin azad olunması barəsində 4 qətnaməsi qəbul olunub. Fransa Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması ATƏT-in Minsk qrupunun həmsədridir. Ukraynada yaşayan Qafqaz xalqları bu gün Ukraynanın separatizmlə üzləşməsi şahidiyik. Avropa Ukrayna simasında separatizm təhlükəsi ilə üzləşmiş halda Avropa şəhərinin merinin belə bir özbaşınalığı beynəlxalq qanunvericiliyə ziddir və Avropa ölkələrinin Ukraynadakı hadisələr fonunda tutduğu mövqeyinə ziddir. Merin imzaladığı sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejim "Dağlıq Qarabağ Respublikası" kimi qeyd olunması, dəstək ifadə edilməsi və belə bir sənədin Avropa merinin imzalanması bizi sarsıtmış, belə bir hərəkətə ABŞ və Avropa ölkələrinin rəsmilərinin susması yol verilməzdir. Biz tələb edirik ki, ABŞ və Avropa ölkələri dər hal bu bəyannaməni pisləməli və ləğv olunmasına nail olmalıdır".

Mediainfo.az