Suriya təyyarəsi Türkiyə sərhədinə düşdü
Suriya ordusuna aid hərbi təyyarə Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Eriha qəsəbəsində qəzaya uğrayıb.
"Associated Press" agentliyi xəbər verir ki, təyyarə tərəvəz bazarının üzərinə düşüb. Qəza nəticəsində ən azı 20 nəfər ölüb, 50-dən çoxu yaralanıb. "Associated Press" bir vaxtlar Bəşər Əsəd rejiminin hərbi qalalarından olan Erihanın may ayında müxalifətin əlinə keçdiyini xatırladıb. İddiaya görə, təyyarə müxalifətin mövqelərini bombalayan zaman qəzaya uğrayıb.
Pilotların taleyi barədə məlumat yoxdur.
Mediainfo.az
Digər xəbərlər































































































