ABŞ müdafiə naziri gözlənilmədən İraqa səfər edib

ABŞ müdafiə naziri gözlənilmədən İraqa səfər edib

16 Dekabr 2015 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib.

apa-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri Bağdadda amerikalı hərbçilərlə görüşəcək.

E. Karterin İŞİD-lə mübarizənin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəyi bildirilir.

"New York Times"ın yazdığına görə, səfər çərçivəsində E. Karter həmçinin İraq rəsmiləri ilə görüşlər keçirəcək. Həmin görüşlərdə ABŞ-la İraqın bölgədə İŞİD-ə qarşı mübarizə sahəsində əməkdaşlığının genişləndirilməsi imkanlar, o cümlədən Vaşinqtonun İraqa "Apachi" döyüş helikopterlərinin satılması təklifi müzakirə olunacaq.

Mediainfo.az