Ermənistan müxalifətçisi: "Bu, pul seçkisi idi"

Ermənistan müxalifətçisi: "Bu, pul seçkisi idi"

3 Aprel 2017 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu seçki bütün keyfiyyətlərinə görə əvvəlki seçkilərdən heç fərqlənmədi".

Apa-nın "1in.am" saytına istinadən verdiyi məlumata görə, bunu ötən gün Ermənistanda keçirilən parlament seçkilərində "Azad Demokratlar" partiyasından olan namizəd Stepan Safaryan deyib. O pulun seçkidə əsas rol oynadığını bildirib: "Bu, pul seçkisi idi. Hər kəs bunun şahidi oldu".

"Yelk" blokunun üzvü Aram Sarqsyan isə bildirib ki, seçkilər zamanı geniş şəkildə rüşvətin paylanması ilə rüsvayçı qanun pozuntularına yol verilib.

Mediainfo.az