Ermənistan Azərbaycana "Polonez" raketlərinn satılmasına mane olub
Ermənistanın Belarusa təzyiqi nəticəsində qarşı tərəf Azərbaycana "Polonez" raket komplekslərini satmaqdan imtina edib. Bu barədə Mediainfo.az "Komsomolskaya pravda Belarus" qəzetinə istinadən məlumat verib. Məsələ ilə bağlı hərbi ekspert Aleksandr Alesinin verdiyi açıqlamaya görə, Ermənistan Azərbaycana "Polonez" raketlərinin satılmasına imkan verməyib: " Biz Azərbaycana "Polonez" raket komplekslərini satmaq niyyətində idik. Lakin Ermənistan KTMT üzvü olduğumuzu xatırladaraq buna razı olmadı. Biz də KTMT üzrə müttəfiqimizin əleyhinə gedə bilmədik. Nəticədə Azərbayanla sövdələşməmiz baş tutmadı. Yəqin ki, "Polonez"lərin ilk alıcısı Qazaxıstan olacaq".
Digər xəbərlər





































































.jpg)

























