“Həmsədrlər təcavüzkara öz yerini göstərməlidir”
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri turist xarakteri daşımamalıdır.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu fikri Azadinform-a Milli Məclisin deputatı Musa Qasımlı həmsədrlərin regiona sonuncu səfərini şərh edərkən deyib.
Deputat vurğulayıb ki, vasitəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səylər etməlidirlər.
M. Qasımlının fikrincə, həmsədrlər təcavüzkara öz yerini göstərməlidirlər.
Qeyd edək ki, həmsədrlər ötən həftə Bakıda və Yerevanda, Azərbaycanın işğal edilmiş ərazilərində olub, bir sıra görüşlər keçiriblər.
Digər xəbərlər












































.jpg)



















































