Quta cəhənnəmə dönüb: uşaqlar hədəfə alınıb -video
Suriyanın paytaxtı Dəməşqin yerləşdiyi Quta vadisinin şərqinin bombardmanları davam edir.
Rusiya Hava-Kosmik Qüvvələrinin qırıcı-bombardmançı təyyarələri və Suriya prezidenti Bəşərə Əsədə sadiq aviasiya Şərqi Qutanı darmadağın edir.
BMT-nin atəşkəslə bağlı çağırışlarına rəğmən davam edən bombardmanların son günlərində 527 nəfər, o cümlədən 129 uşaq həlak olub.
BMT-nin Təhlükəsizlik Şurası Suriya ərazisində 30 günlük atəşkəs rejiminin tətbiq olunması ilə bağlı qətnamə qəbul edib.
Bu sənədin qəbulundan cəmi 3 saat sonra Qutaya yeni hücum başlanıb.
Şərqi Quta Suriyanın paytaxtı Dəməşqin yaxınlığında müxalifətçilərin nəzarətində olan son bölgədir. Milli.az


Digər xəbərlər





































































.jpg)

























