Ruhanidən İsrail və ABŞ-a sərt ismarıc
İran prezidenti Həsən Ruhani sabah Ankarada keçiriləcək Suriya müzakirələrindən əvvəl müəyyən açıqlamalar verib.
Ruhani ABŞ və İsrailin Suriyada oynadığı rolu tənqid edib:
"Amerikalılar Suriya hökumətinin ölkəyə tam hakim olmasının əleyhinədirlər. Hətta ölkənin parçalanmasını da düşünürlər".
Alman qəzetinin xəbərinə görə, Ruhani 7 ildir davam edən Suriya savaşında 500 min insanın öldüyünü, əhalinin yarısının qaçqın düşdüyünü, savaşın ancaq dialoq yolu ilə başa çatacağını bildirib:
"Suriyada sionist güclərin müdaxiləsi var və bu problemləri artırır. Suriyanın milli suverenliyinə hörmətlə yanaşmır, Suriya torpaqlarını bombalayır və terrorçuları dəstəkləyir. Bu isə Suriyadakı problemləri daha da ağırlaşdırır".(olke.az)
Digər xəbərlər
































































































