İsrail iranlı alimi aradan götürür - Kəşfiyyat planı

İsrail iranlı alimi aradan götürür - Kəşfiyyat planı

3 May 2018 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

İranın nüvə proqramının beyni olaraq tanınan alim Möhsün Faxrzadə Mehabadinin İsrail kəşfiyyatının sui-qəsd siyahısında olduğu iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin "Valla" nəşri məlumat yayıb.

Bundan əlavə, bəzi iranlı alimlərə də bir neçə il əvvəl MOSSAD tərəfindən sui-qəsd təşkil edildiyi vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail Baş naziri Benyamin Netanyahu əlində İranın nüvə razılaşmasının şərtlərini pozan və nüvə əldə etməsi üçün hazırlığı davam etdirən gizli sənədlər olduğunu bəyan etmişdi.