Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım tutduğu vəzifəsindən istefa verib
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım tutduğu vəzifəsindən könüllü şəkildə istefa verib.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin sədri tutduğu vəzifəsindən istefa verməsinin səbəbini bələdiyyə seçkilərində iştirak etmək niyyəti ilə əlaqələndirib:
.""Bələdiyyə seçkilərində iştirak etmək məqsədi ilə Türkiyə Böyük Millət Məclisində tutduğum vəzifədən istefa verirəm".
Qeyd edək ki, bu ilin mart ayının 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
Digər xəbərlər