2019-cu ildə Ermənistan-Aİ anlaşması ratifikasiya edilməyəcək
Ermənistanın fəaliyyətdə olan parlamentinin spikeri də belə hesab edir ki, 2019-cu ildə Avropa İttifaqı (Aİ) ilə Yerevan arasında hərtərəfli əməkdaşlıq haqqında anlaşma ratifikasiya edilməyəcək.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Yerevanda keçirilən mətbuat konfransında Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan bildirib. O deyib ki, əvvəlcə Ermənistan-Aİ anlaşmasının gələn il ratifikasiya edilməsi nəzərdə tutulmuşdu, amma artıq buna inanmaq çətindir: "Ermənistanın indiki hakimiyyətini təmsil edən parlamentin spikeri də Ermənistan-Aİ anlaşmasının bu il ratifikasiya edilməyəcəyi barədə fikirlərimlə razıdır. Əgər əvvəllər Aİ-də anlaşmanın 2020-ci ildə ratifikasiya edilməsindən danışırdılarsa, artıq onlar bu barədə susmağa üstünlük verirlər".





































































.jpg)

























