Qırğızıstan-Tacikistan sərhədində gərgin vəziyyət davam edir
Ötən gün Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.
Mediainfo.az-ın Kabar.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb sərhəddəki Aksay qırğız kəndi ilə tacik Mehnatabad kəndləri arasında baş verən toqquşmadır. Hadisə yerindən verilən xəbərə görə, Aksay-Tamdıq avtomobil yolunun çəkilməsinə tərəflər etiraz edirlər. Toqquşmalar zamanı taciklər tərəfindən Aksay kəndində bir ev yandırılıb, bir yerli sakin isə ağır yaralanıb. Yalnız hər iki ölkə sərhədçiləri havaya atəş açandan sonra toqquşmaların qarşısını almaq mümkün olub. Vəziyyəti yerindəcə öyrənmək üçün Qırğızıstan Baş nazirinin müavini Jeniş Razakov bu gün səhər Aksaya gedib. Son məlumatlara görə həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq bölgədə vəziyyət gərgin olaraq qalmaqda davam edir.












































.jpg)



















































