ABŞ Ukraynaya 1,3 milyard dollar hərbi yardım göstərib
2014-cü ildən başlayaraq ABŞ Ukraynaya 1,3 milyard dollar həcmində hərbi yardım göstərib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "İzvestiya" qəzetinə açıqlamasında Pentaqonun mətbuat xidməti rəhbəri Erik Paxon deyib: "2014-cü ildən etibarən ABŞ Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və NATO ilə birgə hərbi təlimlərdə iştirakını təmin etmək üçün adı çəkilən ölkəyə 1,3 milyard dollar həcmində hərbi yardım göstərib".
Paxon qeyd edib ki, ABŞ Ukraynanın NATO-ya üzv olma cəhdini dəstəkləyir: "NATO-nun qapıları Ukraynanın üzünə açıqdır. Biz Ukraynanın NATO-ya üzvlük cəhdini və bu zaman sərbəst seçim etməsinə hörmətlə yanaşırıq".
Digər xəbərlər





































































.jpg)

























