Pompeo Rusiyaya səfərini təxirə salıb

Pompeo Rusiyaya səfərini təxirə salıb

13 May 2019 08:35
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun Rusiyaya bu gün nəzərdə tutulan səfəri baş tutmayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, buna səbəb dövlət katibinin təcili şəkildə Brüsselə yola düşməsi ilə bağlıdır. O burada Aİ rəhbərləri ilə İranla bağlı məsələni müzakirə edəcək. Bununla belə Pompeonun imkan yaranan kimi Moskvaya səfər edərək Putinlə görüşəcəyi bildirilir.