Masallı, Xızı və Sabirabadda yanğın olub
Masallı rayonunun Təzəkənd kəndində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozunun mühərrik və salon hissəsi qismən yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, digər teplovoz və vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xızı rayonunun Altıağac kəndində ümumi sahəsi 150 m² olan ikimərtəbəli 5 otaqlı taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sabirabad rayonunun Nizami kəndində ümumi sahəsi 100 m² olan (dam örtüyü qamışdan ibarətdir) birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 65 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.