Zelenski: "Poroşenkonun trolları mənə imkan vermir"
Sosial şəbəkələrdən Pyotr Poroşenkonun “bot ordusu” ucbatından istifadə etmirəm.
Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mən sosial şəbəkələrdən istifadə etmirəm. Feysbuka isə prinsipial olaraq daxil olmuram. Bunu “Kvartal” dönəmindən etmirəm. O zaman Poroşenkonun “bot ordusu” bizə qarşı yönəlmişdi”, – deyə o bildirib.
Zelenski Feysbuk yerinə İnstaqramı daha çox bəyəndiyini, amma indi bunun üçün zamanının olmadığını deyib.
Oxuməni.az
Digər xəbərlər