Serdar Ortaç qumarda sərvət qazandı
Nəhayət ki, onun da üzü güldü
Türkiyəli ulduz Serdar Ortaçın sonunda üzü güldü. İllərdir qumar masalarında uduzduğu pulların miqdarı ilə maqazin gündəminin qonağı olan müğənni axır ki, şeytanın qıçını qıra bildi. Hər həftə sonu Kiprə işlərini həll etmək üçün yollanan Serdar "Cratos Premium Otel"də nə az, nə çox, düz 250 avro uddu. Xəbərə görə, ünlü bu qalibiyyətinə çox sevinib.
Həyat da qumar kimidir. Özünü pis aparan ulduz hər an sönə bilər...
Günel Həbib
O.M.
Digər xəbərlər