Vüsalə Əlizadə gününə avtoqəza ilə başladı
Teleaparıcı Vüsalə Əlizadə bu gün yol qəzasına düşüb. O, bu barədə öz facebook səhifəsində bildirib:
"Bu gün heç yaxşı başlamadı. İşə tələsirdim, taksi ilə gedirdim, "KamAZ" ilə toqquşduq. Hər iki tərəfə ciddi ziyan dəydi, min şükür ki, canımızı salamat qurtardıq. Təşəkkürlər, Allahım, məni sevdiklərimə, balama bağışladın. Bircə məni bu narahat edir ki, bizim millət nə vaxt sürücülük, yol mədəniyyəti öyrənəcək? Deyəsən, heç vaxt!"
Mediainfo.az
Digər xəbərlər