Mikayıl Qədir Məmmədovu küsdürdü

Mikayıl Qədir Məmmədovu küsdürdü

15 Aprel 2016 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Space TV-də yayımlanan "Sevimli Mahnı"da Aparıcı Mikayıl tanınmış müğənni Qədir Məmmədovun əsəbiləşməsinə səbəb olan şərait yaradıb. Belə ki, guya hansısa tamaşaçı studiyaya zəng vuraraq Qədir Məmmədovun İfasını xoşlamadığını və qonaq qismində çağırılmasına iradını bildirdi. Bu, tamaşaçının öz fikri idi və ya... biz bunu deyə bilmərik. Ancaq aparıcı həmin fikirlərin efirdə yayımlanmasına şərait yaratmamalı idi. Qədir Məmmədovun incidiyini isə açıq-aydın hiss etmək olurdu. Bundan bir qədər sonra – reklam fasiləsində müğənni studiyanı tərk etdi.

Ancaq xalq Qədir Məmmədovu və onun mahnılarını həmişə sevib və sevməkdə də davam edəcəkdir. Necə deyərlər: "Atılan top divarda qalmaz"

P.S. Bəzi teleaparıcılar reytinq xatirinə onların dəvətini qəbul edib studiyaya təşrif buyuran tanınmışların aşağılanmasına şərait yaradırlar. Bu isə qətiyyən yolverilməzdir.

Şəlalə Nəriman