Hansı təmsilçilərimiz qızıl medal uğrunda mübarizə aparacaq?

Hansı təmsilçilərimiz qızıl medal uğrunda mübarizə aparacaq?

10 Avqust 2012 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

XXX London Yay Olimpiya Oyunlarının 14-cü günündə Azərbaycan millisi medallarının sayını artıra bilər. Apasport.az saytının məlumatına görə, avqustun 10-da qüvvəsini sınayacaq 7 idmançımızdan üçü elə bu gün mübarizəni başa vuracaq. Bunlar taekvondoçularımız və güləşçimizdir. Onlardan fərqli, artıq bürüncü özlərinə təmin edən boksçularımız medalın əyarını yaxşılaşdırmağı, kanoeçimizlə bədii gimnastımız isə final mərhələsinə yüksəlməyi hədəfləyib.

Boks
1/2 final
Teymur Məmmədov (91 kq) – saat 19:45
Məhəmmədrəsul Məcidov (+91 kq) – saat 02:30

Bədii gimnastika
Çoxnövçülük, təsnifat mərhələsi
Aliyə Qarayeva – saat 16:00

Kanoe
Təsnifat mərhələsi, 1 nəfərlik qayıqla 200 m
Valentin Demyanenko – saat 13:51
Yarımfinal mərhələsi
Saat 15:30

Taekvondo
1/8 final
Ramil Əzizov (80 kq) – saat 13:15
Fəridə Əzizova (67 kq) – saat 16:30

Sərbəst güləş
1/16 final
Əşrəf Əliyev (74 kq) – saat 17:00

O.M.