Arda Turan "Barselona"dan gedir
Almaniyanın "Borussiya Dordmund" klubu Arda Turanı transfer etmək istəyir.
Türkiyə mətbuatının məlumatına görə, almanlar erməni futbolçu Mxitaryanı "Mançester Yunayted"ə satdıqdan sonra həmin mövqeni Arda Turanla doldurmaq niyyətindədir.
Dordmundluların artıq kataloniyalarla transfer üçün görüşmələrə başladığını bildirilir. "Barcelona" rəhbərliyinin də yüksək qiymətə Arda Turanı satmağa müsbət baxdığı qeyd edilib.
Arda Turan isə "Barcelona"da qalmaq niyyətindədir. Yalnız "Borussiya Dordmund"da digər türkiyəli futbolçular - Nuri Şahin və Emre Morun olması Ardanın fikrini dəyişdirə bilər.
Mediainfo.az
Digər xəbərlər