Rövnəq Abdullayev futbolçularımızı təbrik etdi: "Әla nәticәdir"
"Әla nәticәdir. Komandanı tәbrik edirәm".
Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.
Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: "Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq".
Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə Abdullayev belə cavab verib: "Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq".
Mediainfo.az
Digər xəbərlər

































































.jpg)
.jpg)
.jpg)





















