Vaqonlar relsdən çıxıb

Vaqonlar relsdən çıxıb

31 Yanvar 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda şəhərlərarası sərnişin qatarının üç vaqonu relsdən çıxıb.

Pakistanda Lahordan Şahdərəyə gedən sərnişin qatarı qəzaya uğrayıb. “Şalimar Ekspres” qatarının üç vaqonu Şahdərə bölgəsində relsdən çıxıb.

Səlahiyyətlilər tərəfindən edilən şərhdə, hadisə yerinə sövq edilən qrupların sərnişinləri qatardan çıxardığı bildirilib. Qəzadan sonra Lahor, Ravalpindi, Naroval və Faisalabad arasında qatarların hərəkəti dayandırılıb. Nəqliyyatda uzun müddət fasilələr yaranıb. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb.

Oxuməni.az