Kanadada l isti hava  54 nəfərin ölümünə səbəb olub

Kanadada l isti hava 54 nəfərin ölümünə səbəb olub

7 İyul 2018 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Kvebek əyalətində anomal isti hava səbəbindən yeddi gün ərzində 54 nəfər ölüb.

Bu barədə "Report" CBC-yə istinadən xəbər verir.

Ən çox insan (28 nəfər) Monrealda dünyasını dəyişib. Ölənlərin çoxu 65 yaşdan yuxarı və "fiziki və ya psixi sağlamlığında problemlər" olanlardır.

Monrealda ölənlərin, təqribən, 60% -i çoxmərtəbəli binalarda yaşayan və evlərində kondisioner olmayan tənha kişilərdir.

Kvebekdə havanın temperaturu bu həftə müsbət 34°C qədər qalxıb.

İyulun 5-də təcili yardım maşınları 1 378 çağırışa gedib, bu da normadan 30% çoxdur.

Proqnozlaşdırılır ki, yaxın iki gün ərzində havanın temperaturu müsbət 29°C səviyyəsində qalacaq.