“Quba Palace Hotel”də baş verən faciəli hadisə barədə RƏSMİ AÇIQLAMA

“Quba Palace Hotel”də baş verən faciəli hadisə barədə RƏSMİ AÇIQLAMA

9 İyul 2018 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda "Quba Palace Hotel"də baş vermiş bədbəx hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının "SCADA" şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır