Abşeronda yaşıllıq ərazidə yanğın başlayıb- VİDEO

Abşeronda yaşıllıq ərazidə yanğın başlayıb- VİDEO

12 İyul 2018 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır.

Mediainfo.az saytı "Report"a istinadən xəbər verir ki, yolun Abşeron rayonu ərazisindən keçən hissəsində hektarlarla ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürən avtomobillər cəlb olunub. Ərazidə güclü alov müşahidə olunur.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.