İlanlar kitabxanaya hücum edib
ABŞ-da kitabxanaya ilanlar hücum edib.
Azadinform xəbər verir ki, hadisə paytaxt Vaşinqtonda yerləşən Georgetown kitabxanasında baş verib. Bildirilir ki, kitabxananın əməkdaşı binanın alt hissəsində bir ilan görüb. Həmin şəxs ilanı tutaraq meşəyə atıb. Daha sonra isə kitabxana əməkdaşları binada çoxlu sayda ilanın olduğunu görüblər. Təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün kitabxana 2 günlük karantinə alınıb.
Kitabxana əməkdaşları daha öncə belə bir hadisə ilə qarşılaşmadıqlarını bildirib. Qeyd edək ki, ilanların son günlərdə aramsız yağan yağışlar nəticəsində üzə çıxdığı təxmin edilir.
Digər xəbərlər


























































.jpg)




































