Hindistanda daşqınlar nəticəsində 37 nəfər ölüb
Hindistanın Kerala ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, daşqınlardan zərər çəkən rayonlardan 15,6 min nəfərdən çox insan təxliyyə olunub və ştatda zərərçəkənlərə təcili yardımın göstərilməsi üçün 500-dən çox düşərgə salınıb.
Keralada daşqınlara çərşənbə günü başlayan və bu günə kimi davam edən leysan yağışları səbəb olub. Aşağı yerlərdə yerləşən bəzi yaşayış məntəqələri tamamilə su altında qalıb.Report
Digər xəbərlər






















































.jpg)








































