Balakəndə 68 yaşlı kişi itkin düşüb

Balakəndə 68 yaşlı kişi itkin düşüb

13 Avqust 2018 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayonunda 68 yaşlı kişi itkin düşüb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun avqustun 10-da Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

Bu gün səhər saatlarında FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. (report)