İndoneziyanın Lombok adası sahillərində güclü zəlzələ olub

İndoneziyanın Lombok adası sahillərində güclü zəlzələ olub

19 Avqust 2018 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Lombok adası sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub.

Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Təkanlar Bakı vaxtı ilə səhər saat 08:10 radələrində adanın şimal sahillərində qeydə alınıb.

Hazırda təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.

Avqustun 5-də Lombok adasında baş vermiş zəlzələ nəticəsində təqribən 400 nəfər həyatını itirib. Report