Qasırğaya görə  fövqəladə vəziyyət rejimi elan edildi

Qasırğaya görə fövqəladə vəziyyət rejimi elan edildi

23 Avqust 2018 21:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Havay ştatında fövqəladə vəziyyət rejimi elan edib. Modern.az xəbər verir ki, fövqəladə vəziyyət rejiminin elan olunmasına səbəb "Leyn" qasırğasının ştata yaxınlaşması olub.

Fövqəladə vəziyyət rejimi qasırğanın nəticələri ilə mübarizə üçün ştata federal yardım ayırmağa imkan verir. Bu səylərin əlaqələndirilməsi ilə Fövqəladə Hallar Federal Agentliyi məşğul olacaq.