Tovuzda arının sancdığı qadın ölüb

Tovuzda arının sancdığı qadın ölüb

31 Avqust 2018 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayonunda boynundan arı sancan qadın ölüb

Hadisə Tovuz şəhərində baş verib. 46 yaşlı Hicran Ələsgər qızı Məsiyevanı boyun hissəsindən - şah damarının üstündən arı sancıb. Nəticədə vəziyyəti ağırlaşan qadın sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Məsiyevanın ailəsi arıçılıqla məşğuldur. Hadisə o, yaşadığı evin həyətində olarkən baş verib.