Azərbaycanla Gürcüstanın sərhəddində FACİƏ: Gizir öldü
Qırmızı Körpü sərhəd-keçid məntəqəsində bədbəxt hadisə baş verib.
İran İslam Respublikasının vətəndaşı yoxlanış zamanı idarə etdiyi iri həcimli yük maşınının mühərrikini söndürməyib. Sürücünün diqqətsizliyi nəticəsində yük maşını öz-özünə hərəkət edib. Bu zaman adı hələlik açıqlanmayan gizir maşını saxlamaq istəsə də, buna nail olmayıb. O, maşının altında qalaraq keçinib.
Bundan başqa bir neçə insanın yaralandığı, maşınların əzildiyi bildirilir.
Hadisə yerinə FHN-in əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
Faktla bağlı araşdırma davam edir. (yenicag)
Digər xəbərlər













































.jpg)






































.jpg)










