Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

23 Sentyabr 2018 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun Paşayevin verdiyi məlumata görə 23 sentyabr 2018-ci il tarixində saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, ikinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.
Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.