Bakıda sərnişin avtobusu qatarla toqquşub

Bakıda sərnişin avtobusu qatarla toqquşub

1 Oktyabr 2018 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda sərnişin avtobusu qatarla toqquşub: 1 məktəbli ölüb, yaralıların sayı 34-ə çatıb.

Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova "Report"a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.