Anasının 5-ci mərtəbədən atdığı körpəni banan ağacı xilas etdi - VİDEO
Tailandda anası tərəfindən 5-ci mərtəbədən atılan körpə banan ağacı sayəsində həyatda qalıb.
Moderator.az xəbər verir ki, Tailandın Samut Parkan şəhərində gənc ana yeni doğulan körpəsini 5-ci mərtəbədəki evinin eyvanından aşağı atıb. Bağdakı banan ağacına ilişən körpə ağacın yarpaqları sayəsində həyatda qalıb.
Ağlamaq səsini eşidən bina sakinləri səsin gəldiyi yerə gedəndə banan ağacının altında göbək bağı hələ də yapışıq olan körpə ilə qarşılaşıblar.
Hadisə yerinə gələn polis və sağlamlıq briqadaları yeni doğulan körpənin vəziyyətinin yaxşı olduğunu, sadəcə bədənində bir neçə kəsik olduğunu bildiriblər.
Kamran
Digər xəbərlər





































.jpg)






































.jpg)


















