Sürüşmə təhlükəsi qalmaqda davam edir

Sürüşmə təhlükəsi qalmaqda davam edir

15 Oktyabr 2018 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabiillik qalmaqdadir.

Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb. Sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.